Çexiyada hərbi hava bazalarından birinin yaxınlığında dəhşətli aviasiya qəzası baş verib.
xəbər verir ki, Çexiya Respublikası Ordusunun rəsmi məlumatına görə, ölkənin hərbi hava qüvvələrinə məxsus "Venom" tipli hərbi helikopter Nameşt-nad-Oslavoy aviasiya bazası rayonunda naməlum səbəblərdən qəzaya uğrayıb.
Hadisə baş verən an helikopterin göyərtəsində 5 nəfər hərbçinin olduğu bildirilir. Qəzadan sonra xilas olanların olub-olmaması, eləcə də hərbçilərin taleyi barədə rəsmi qurumlar tərəfindən hələlik heç bir məlumat verilməyib.
Əraziyə dərhal xilasedicilər və hərbi ekspertlər cəlb olunub, qəzanın başvermə səbəbləri araşdırılır./Musavat.com/
