Hesabat: İngiltərədə 2025-ci ilin iyul-oktyabr aylarında hər 5 gündən bir məscid hücuma məruz qalıb

İngiltərədə British Muslim Trust (BMT) təşkilatının hazırladığı hesabatda bildirilib ki, 2025-ci ilin iyul-oktyabr aylarında ölkədə məscid və müsəlman icma mərkəzlərinə qarşı 27 islamofob hücum qeydə alınıb.

Hesabata görə, hücumlar nəticəsində 25 fərqli məscid zərər görüb və hadisələr 23 şəhər və qəsəbədə baş verib. Bu dövrdə orta hesabla hər 5 gündən bir məscid hücuma məruz qalıb.

Sənəddə qeyd olunur ki, hücumların 41 faizində xaç, Böyük Britaniya bayrağı və digər xristian simvollarından istifadə edilib, hadisələrin 26 faizi isə vandalizm, zorakılıq və yandırma halları ilə müşayiət olunub.

BMT hökuməti və hüquq-mühafizə orqanlarını məscidlərə qarşı nifrət cinayətlərinə daha operativ reaksiya verməyə və zərərçəkən icmalara dəstəyi gücləndirməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki