Araşdırma: Televiziya qarşısında uzun müddət vaxt keçirmək beyin həcmini kiçildir

Yeni araşdırma göstərib ki, uzun müddət televiziya izləmək beyin sağlamlığına mənfi təsir göstərərək bəzi beyin nahiyələrinin həcminin kiçilməsinə səbəb ola bilər.

"Alzheimer's and Dementia" jurnalında dərc olunan, 1700-dən çox yetkin şəxsin 24 il ərzində izlənildiyi tədqiqatda orta yaşlarda televiziyaya çox baxan kişilərdə, xüsusilə Alzheimer xəstəliyinə həssas beyin bölgələrində kiçilmə müşahidə edilib.

Araşdırmaya görə, günün böyük hissəsini oturaq keçirən, lakin bu müddətdə mütaliə edən, tapmaca həll edən və ya zehni fəaliyyətlə məşğul olan şəxslərdə isə beyin sağlamlığı daha yaxşı qorunub.

Mütəxəssislər bildiriblər ki, problem təkcə uzun müddət oturmaq deyil, həmin vaxt ərzində hansı fəaliyyətlə məşğul olmaqdadır. Onlar beyin sağlamlığını qorumaq üçün televiziya qarşısında uzun fasiləsiz vaxt keçirməməyi və mütəmadi fasilələr verməyi tövsiyə edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki