Fransanın cənub-qərbində davam edən meşə yanğınları səbəbindən Gironde, Landes, Dordogne və Lot-et-Garonne departamentlərində hava keyfiyyəti alarm səviyyəsinə çatıb.
Regional Səhiyyə Agentliyi havada zərərli xırda hissəciklərin kəskin artdığını bildirərək əhalini sağlamlıq risklərinə qarşı ehtiyatlı olmağa çağırıb.
Səlahiyyətlilər vətəndaşlara tüstüdən qorunmaq üçün maska taxmağı tövsiyə edib. Hökumət isə bölgədə ehtiyacı olan şəxslər üçün 2,5 milyon maska paylanacağını açıqlayıb.
Bundan əlavə, sıx tüstü müşahidə olunan yaşayış məntəqələrinin sakinlərinə zərurət olmadıqca evdən çıxmamaq və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.
Qeyd edək ki, Fransada ilin əvvəlindən bəri 98 min hektardan çox ərazi yanıb, Gironde, Landes və Var departamentlərində yanğınlar hələ də tam nəzarət altına alınmayıb.
