Tramp: "Heç kim mənə Türkiyəyə F-35 satıb-satmamağı deyə bilməz"

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə F-35 qırıcılarının satışına etirazına münasibət bildirib.

Tramp jurnalistlərə açıqlamasında Türkiyəni ABŞ-nin mühüm müttəfiqi adlandıraraq, "Heç kim mənə nəyi kimə satıb-satmamağımız lazım olduğunu deyə bilməz. Türkiyə böyük müttəfiqimizdir", - deyib.

O, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanı dostu adlandıraraq Türkiyənin güclü orduya malik olduğunu vurğulayıb.

Tramp İranla razılıq əldə olunmasının mümkün olduğunu da bildirib. Onun sözlərinə görə, danışıqlar uğursuz olarsa, ABŞ hərbi əməliyyatlara yenidən başlaya bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki