Dünyanın danışdığı film: Baş nazir də Nolanı təbrik etdi

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis rejissor Kristofer Nolanla Homerin eyniadlı əsəri əsasında çəkilmiş yeni “Odisseya” filmi barədə danışıb.

 Referans media xəbər verir ki, bu barədə ERT telekanalı məlumat yayıb.

Videobağlantı zamanı baş nazir britaniyalı rejissora Homerin poemasını ekranlaşdırdığına və bütün dünyada Qədim Yunanıstana marağın artmasına verdiyi töhfəyə görə təşəkkür edib.

Mitsotakis həmçinin çəkilişlərin əhəmiyyətli hissəsinin Yunanıstanda aparılmasına görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Nolanın “Odisseya” filmi hələ nümayişə çıxmamışdan əvvəl rekordlar qırıb./Globalinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki