Hidayət Heydərov IJF-nin Atletlər Komissiyasına üzv seçildibackend

Hidayət Heydərov IJF-nin Atletlər Komissiyasına üzv seçildi

  Azərbaycan cüdoçusu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına üzv seçilib.

Referans xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində idmançılar Beynəlxalq Cüdo Federasiyasının (IJF) Atletlər Komissiyasına nümayəndələrini seçiblər. 5 üzv idmançının səsi ilə, 4 üzv isə IJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub. Yeni tərkib 2025–2029-cu illəri əhatə edən dördillik müddətə fəaliyyət göstərəcək.

Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov IJF İcraiyyə Komitəsinin qərarı ilə Atletlər Komissiyasına üzv olub.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki