Hindistanda ambulans təyyarə qəzaya uğradı – 7 nəfər öldü

Hindistanın Jharkhand ştatında ambulans təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həyatını itirib.

Referans Media xəbər verir ki, Directorate General of Civil Aviation (DGCA) tərəfindən verilən məlumata görə, Redbird Airways şirkətinə məxsus Beechcraft C90 tipli təyyarə ştatın paytaxtı Ranchi şəhərindən havaya qalxıb. Uçuşdan təxminən 20 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib və daha sonra onun Chatra bölgəsində qəzaya uğradığı müəyyən edilib.

Rəsmilərin açıqlamasına görə, təyyarədə 2 pilot, bədəninin 63 faizi yanıq olan 41 yaşlı xəstə, onu müşayiət edən 2 nəfər, 1 həkim və 1 tibb işçisi olub. Hadisə ilə bağlı araşdırma başlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki