Lavrov: Maraqlar balansını təmin etməyən heç bir razılaşmaya getməyəcəyik

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva tərəflərin maraqlar balansını təmin etməyən heç bir razılaşmaya qoşulmayacaq.

Referans Media bildirir ki, Lavrov bu fikirləri MGIMO Universitydə tələbə və müəllim heyəti ilə keçirilən görüş zamanı səsləndirib.

Nazirin sözlərinə görə, Rusiya hər hansı razılaşmanı imzalayarkən ilk növbədə praqmatik yanaşmaya üstünlük verir.

“Kimləsə razılığa gəldiyimiz zaman bunun əsasında praqmatizm dayanır. Bizim tərəfdə, təbii ki, müəyyən emosiyalar da var. Xarakterimiz belədir – nağılları, təmsilləri və insanpərvərliyi aşılayan rus ədəbiyyatını sevirik”, – deyə Lavrov bildirib.

"Praqmatizm əsas prinsipdir"
Rusiya XİN başçısı vurğulayıb ki, praqmatizm və maraqların balansı olmadan heç bir razılaşma mümkün deyil.

“Lakin praqmatizm mütləq mövcuddur. Praqmatizm və maraqların balansı təmin olunmadan biz heç bir razılaşmaya getməyəcəyik”, – deyə o qeyd edib.

Lavrov qarşı tərəfin səmimiyyətinə də şübhə ilə yanaşdığını bildirib.

Onun sözlərinə görə, Rusiya tarix boyu dəfələrlə aldadıldığı üçün beynəlxalq razılaşmalarda ehtiyatlı davranmağa üstünlük verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki