Türkiyə, Suriya və Ukrayna arasında gizli anlaşma – Mossad hərəkətə keçdi

İsrail xüsusi xidmət orqanları Türkiyənin vasitəçiliyi ilə Suriya və Ukrayna arasında pilotsuz uçuş aparatları sahəsində inkişaf edən əməkdaşlığı diqqətlə izləyir.

Referans Media xəbər verir ki, “News of Israel” nəşrinin məlumatına görə, Dəməşq və Kiyev arasında Ankaranın vasitəçiliyi ilə məxfi razılaşma əldə olunub.

Razılaşmaya əsasən, ukraynalı mütəxəssislər suriyalı hərbçilərə pilotsuz uçuş aparatlarının idarə olunması üzrə təlim keçəcəklər.

Bu məqsədlə Suriyada iki hərbi obyekt PUA operatorlarının hazırlanması üçün təlim mərkəzinə çevrilir. Onlardan biri Dəməşq əyalətində Yafur kəndi yaxınlığında, digəri isə Homs əyalətində Məsyaf şəhəri ərazisində yerləşir.

İsrail bu addımları, xüsusilə Türkiyə ilə artan gərginlik fonunda, milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir.

İsrail təhlükəsizlik xidmətlərinin əməkdaşları hesab edirlər ki, Ankara İsraillə mümkün hərbi qarşıdurma zamanı Suriya ərazisindən dayaq nöqtəsi kimi istifadə edə və Suriya ordusunu proksi qüvvə qismində işə sala bilər.

“News of Israel”in məlumatına görə, Mossad hazırda Suriya ordusu üçün nəzərdə tutulan təlim mərkəzlərinin yaradılmasına və ukraynalı mütəxəssislərin ölkəyə gəlməsinə qarşı mümkün qabaqlayıcı və pozucu tədbirlər hazırlayır./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki