Azərbaycan millisi Bakıda İraqı məğlub etdi

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisi Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci dəfə İraq yığmasını qəbul edib.

Referans Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın qollarını Nicat Nərimanov və Şahin İbrahimov vurublar.

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilən ilk oyun qolsuz bərabərliklə yekunlaşıb./teleqraf

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki