Türkiyənin İstanbul şəhərinin Güngören rayonunda tikintinin bünövrəsi üçün qazıntı aparılarkən torpaq sürüşməsi baş verib.
Referans Media haberler.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir fəhlə torpaq altında qalıb.
Əraziyə çoxsaylı xilasedici və təcili yardım qrupları cəlb olunub.
Torpaq altında qalan fəhlənin xilas edilməsi istiqamətində əməliyyat davam edir.
