"iPhone 18" gözləyənlərə ŞOK XƏBƏR: Bu xəbərə hazır olsun - Qiyməti rekord vuracaq

"Apple"ın yeni iPhone 18 seriyasını gözləyənlər üçün qiymətlərlə bağlı diqqətçəkən proqnoz açıqlanıb. Mütəxəssislərin hesablamalarına görə, yaddaş komponentlərinin bahalaşması səbəbindən yeni modellərin qiyməti 10-20 faiz arta bilər. Bu ssenarinin reallaşması halında iPhone 18 Pro Max-in qiymətinin 5 min 600 manat qədər yüksələ biləcəyi bildirilir.

Referans Media xəbər verir ki, texnologiya bazarını araşdıran "TrendForce"un proqnozuna görə, iPhone 18 seriyasının bahalaşmasının əsas səbəblərindən biri yaddaş komponentlərinin qiymətindəki kəskin artım olacaq.

256 GB yaddaşa malik iPhone 18 Pro modelində istifadə edilən yaddaş komponentlərinin maya dəyərinin 2026-cı ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 400 faiz arta biləcəyi proqnozlaşdırılır. "Apple"ın digər komponentlərin xərclərini azaltmaqla bahalaşmanı kompensasiya etməyə çalışacağı bildirilsə də, bunun ümumi istehsal xərclərindəki artımı tam şəkildə qarşılaya bilməyəcəyi ehtimal olunur.

Proqnozlara əsasən, yeni iPhone modellərinin qiyməti 10-20 faiz arasında arta bilər.

Hazırkı iPhone 17 qiymətləri əsas götürülərək 20 faizlik artım ssenarisi hesablandıqda, iPhone 18 256 GB modelinin qiymətinin 3 min 600 manata, 512 GB versiyasının 4 min 200 manata çata biləcəyi gözlənilir.

Eyni ssenariyə əsasən, iPhone 18 Pro-nun qiyməti 5 min manat, iPhone 18 Pro Max-in isə 5 min 600 manat ola bilər.

Qeyd edək ki, bunlar "Apple" tərəfindən açıqlanmış rəsmi satış qiymətləri deyil. Rəqəmlər mövcud qiymətlər və ehtimal olunan bahalaşma faizi əsasında hazırlanmış proqnozlardır.

iPhone 18 seriyasında qiymətlərlə yanaşı, "Apple"ın təqdimat strategiyasında da dəyişiklik gözlənilir.

"TrendForce"un məlumatına görə, şirkət yeni modelləri əvvəlki illərdə olduğu kimi bir tədbirdə təqdim etmək əvəzinə, təqdimatları payız və yaz olmaqla iki mərhələyə bölə bilər.

İddialara görə, iPhone 18 Pro və iPhone 18 Pro Max modelləri payızda təqdim edilə bilər. "Apple"ın ilk qatlana bilən iPhone modelinin də həmin dövrdə nümayiş etdirilməsi gözlənilir.

Standart iPhone 18-in isə Pro modelləri ilə eyni vaxtda satışa çıxarılmaya biləcəyi bildirilir. Proqnozlara görə, standart model və seriyanın bəzi digər cihazları 2027-ci ilin ilk rübündə təqdim oluna bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki