iPhone 17 almaq istəyənlərə xəbərdarlıq – avqustun 10-dan etibarən...

Apple şirkətinin iPhone 17 seriyasının qiymətlərini avqustun 10-dan etibarən artırmağı nəzərdən keçirdiyi bildirilir.

Referans Media xəbər verir ki, MacRumors-un məlumatına görə, qiymət artımı artıq sabah – bazar ertəsi qüvvəyə minə bilər. Hələlik bahalaşmanın iPhone 17 seriyasındakı bütün modellərə şamil ediləcəyi və qiymətlərin nə qədər artırılacağı məlum deyil.

Apple bundan əvvəl yaddaş və məlumat saxlama komponentlərinin qiymətlərinin kəskin yüksəlməsi səbəbindən Mac, iPad və digər cihazlarının əksəriyyətinin qiymətlərini artırıb. Lakin həmin vaxt iPhone modellərinin qiymətlərinə toxunulmayıb.

Məlumata görə, qiymətlərə növbəti böyük yenidən baxış sentyabrda gözlənilir. Bunun iPhone 18 Pro, iPhone 18 Pro Max və Apple-ın ilk qatlanan iPhone modelinin təqdimatı ilə eyni vaxta təsadüf edə biləcəyi bildirilir./Musavat.com 

WhatsApp Image 2026-08-09 at 19.57.56.jpeg (94 KB)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki