Volkswagen Cənubi Amerika bazarı üçün hazırladığı yeni Amarok modelinin ilk kamuflyajlı fotolarını təqdim edib.
Referans Media xəbər verir ki, ilk görüntülərdə avtomobil nazik LED ön fənərləri ilə diqqət çəkir. Şirkətin açıqladığı məlumata görə, modelin ən güclü versiyası 464 at gücü və 800 Nm fırlanma anı hasil edən plug-in hibrid (PHEV) mühərriklə təchiz olunacaq.
Yeni Amarok-un Çinin SAIC Motor şirkətinin platforması əsasında hazırlanacağı bildirilir.
Volkswagen-in rəsmi açıqlamasında qeyd olunub ki, yeni Amarok Cənubi Amerika bazarındakı müştərilərin tələbatı nəzərə alınaraq hazırlanır və markanın bu region üçün istehsal etdiyi ən güclü model olacaq.
Şirkət bildirir ki, yeni pikapda müasir texnologiyalar, elektrikləşdirilmiş güc aqreqatı və yüksək dayanıqlıq bir araya gətiriləcək.
Yeni Amarok-un texniki xüsusiyyətləri, satış tarixi və qiyməti ilə bağlı ətraflı məlumatın yaxın aylarda açıqlanması gözlənilir.
