image-iran-5-1536x982-1-900x575-1backend

İran 4 yeni şərtini açıqladı

İranda Hörmüz boğazından keçidlə bağlı yeni qaydaların tətbiqi gündəmə gəlib.

Referans Media  xəbər verir ki, “Middle East Spectator” nəşrinin məlumatına görə, İran Parlamenti boğazdan keçidi tənzimləyən yeni qanun layihəsi hazırlayıb. Bildirilir ki, sənəddə bir sıra ciddi məhdudiyyətlər və yeni tələblər əksini tapıb.

İddia olunan qaydalar aşağıdakılardır:

– Hörmüz boğazından keçən bütün gəmilər icazə almadan öncə ödənişlərini İran rialı ilə həyata keçirməlidirlər;

– Bağlanan bütün müqavilələrdə “Bəsrə Körfəzi” deyil, “Fars Körfəzi” ifadəsinin istifadəsi məcburi olacaq;

– Müharibələrdə iştirak etmiş ölkələrin gəmilərindən əlavə ödəniş və kompensasiya tələb olunacaq;

– İsraillə əlaqəli gəmilərin, həmçinin İrana qarşı sanksiya tətbiq edən ölkələrin və ABŞ hərbi gəmilərinin boğazdan keçidi tam qadağan ediləcək.

Qeyd edək ki, sözügedən məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki