image-raket-israilbackend

İran tez təslim olmasa, resursumuz bitəcək – ABŞ zabiti

ABŞ-ın İrana qarşı hərbi əməliyyatı gözlənildiyi kimi inkişaf etməyib. Proses başlanğıc mərhələdən plan üzrə getməyib.

Referans Media  xəbər verir ki, bu barədə ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis deyib.

“Əgər qarşı tərəf təslim olmazsa, biz çətin vəziyyətə düşəcəyik. Görünür, bu artıq baş verib”, – deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, Vaşinqtonun uzun müddət yüksək intensivlikli zərbələri davam etdirmək üçün kifayət qədər resursu yoxdur.

Devis həmçinin xəbərdarlıq edib ki, ABŞ pilotsuz uçuş aparatlarına qarşı effektiv mübarizə aparmaqda çətinlik çəkir, çünki ölkənin hava hücumundan müdafiə sistemlərinin ehtiyatları tükənmək üzrədir.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

İran ABŞ-ın regiondakı hərbi obyektlərinə və israilə cavab zərbələri endirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki