İran XİN başçısı: “Bizimlə müharibə apardılar, nəticəsini gördülər”

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın hücum təhdidlərinə cavab verib. O bildirib ki, “40 gün bizimlə müharibə apardılar və nəticəsini gördülər”.

Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS Xarici İşlər Nazirləri toplantısından sonra danışan Əraqçi deyib ki, ABŞ-ın təhdidləri yeni deyil və Tehran buna öyrəşib.

Nazir vurğulayıb ki, problemlərin hərbi yolla həlli mümkün deyil və İranla yalnız qarşılıqlı hörmət çərçivəsində danışmaq olar. Onun sözlərinə görə, hərbi təzyiqlə heç bir nəticə əldə etmək mümkün olmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki