image-sahin-oglubackend

İranda ŞOK ÇEVRİLİŞ planı İŞƏ DÜŞDÜ: Şahın oğlu Trampı gözləyir, ABŞ təyyarələrini İrana GÖNDƏRDİ

1979-cu ildə devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi İranda baş verən genişmiqyaslı etirazlar fonunda çıxış edib. O, rejimin süqut mərhələsinə daxil olduğunu və ölkənin demokratik keçidə hazır olduğunu bildirib.

Publika.az xəbər verir ki, Rza Pəhləvi yaydığı mesajda İran xalqına müraciət edərək deyib ki, mövcud İslam Respublikası artıq legitimliyini itirib və prosesin geri dönüşü yoxdur:

“Rejimin sonu qaçılmazdır. İran xalqı üçün indi ayağa qalxma zamanıdır. Biz demokratik keçid prosesinə hazırıq”, – deyə o qeyd edib.

Etirazlar 27 vilayəti əhatə edib

Məlumatlara görə, 28 dekabr tarixində başlayan hökumət əleyhinə etirazlar 31 vilayətin 27-nə yayılıb. Amerikada yerləşən İnsan Haqları Aktivistləri Agentliyinin məlumatına əsasən, hadisələr zamanı 36 nəfər həyatını itirib, 1200-dən çox insan yaralanıb.

İran İnqilab Keşikçilərinə yaxınlığı ilə tanınan “Fars” agentliyi isə 250 polis əməkdaşının və 45 SEPAH üzvünün yaralandığını bildirib.

ABŞ onlarla hava yanacaqdoldurma təyyarəsi və ağır hərbi nəqliyyat təyyarəsi olan C-5 və C-17 “Globemaster”in Yaxın Şərqə genişmiqyaslı yerləşdirilməsinə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd olunur ki, həm ABŞ-da, həm də Böyük Britaniyada yerləşən Amerika hava bazalarından təsirli bir təyyarə donanması köçürülür.

“The Times” qəzeti öz növbəsində yazır ki, ötən şənbə günündən bəri ən azı 14 “C-17 Globemaster” nəqliyyat təyyarəsi və iki ağır silahlanmış “AC-130J Ghostrider” helikopteri Saffolk və Qlosterşirdəki Kral Hərbi Hava Qüvvələri bazasına eniş edib.

Qəzetin məlumatına görə, “Globemaster”in göyərtəsində xüsusi əməliyyatlarda istifadə edilən ən azı beş “MH-60M Black Hawk” və bir “MH-47G Chinook” helikopteri ola bilər.

Britaniya Müdafiə Nazirliyi məlumatla bağlı şərh verməkdən imtina edib. Pentaqondan da rəsmi şərh gəlməyib.

Analitiklər Amerika hərbi qüvvələrinin bu şəkildə yerləşdirilməsini İrana qarşı yeni bir hücuma hazırlıq kimi qiymətləndirirlər. Oxşar yerləşdirilmə ötən ilin iyun ayında, İslam Respublikasının nüvə obyektlərinə zərbələrdən əvvəl baş vermişdi.

Xatırladaq ki, 2 yanvar tarixində İranda etirazlar fonunda ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, ölkə hakimiyyəti etirazçılara qarşı güc tətbiq edərsə, ABŞ “İran vətəndaşlarını qorumağa” hazırdır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Nemət Pənahlıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki