Ağ Evin mətbuat katibi Kerolin Levitt İranla danışıqlar üçün ABŞ-ın yeni bir şərti olduğunu açıqlayıb.
Referans Media xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, danışıqlar yalnız Hörmüz boğazı gəmiçilik üçün açıq qaldığı təqdirdə davam edəcək.
“İranın 10 maddəlik planı qəbuledilməzdir, prezident Tramp və onun komandası tərəfindən sözün əsl mənasında zibil qutusuna atılıb”, – deyə o bildirib.
Levitt qeyd edib ki, ABŞ prezidenti Donald Tramp və komandası Hörmüz boğazı heç bir məhdudiyyət və gecikmə olmadan açıq qaldığı müddətcə növbəti iki həftə ərzində Tehranla razılığa gəlməyə diqqət yetirəcəklər./Globalinfo.az





















