İrəvan–ABŞ xətti açılır: Uçuşları Türkiyə şirkəti həyata keçirəcək

Yaxın vaxtlarda “Turkish Airlines” aviaşirkəti İrəvan–Los-Anceles–İrəvan istiqamətində birbaşa uçuşlara başlamağı planlaşdırır.

Referans  Media xəbər verir ki, bunu fevralın 23-də jurnalistlərlə görüşdə Ermənistanın Turizm Komitəsinin sədri Lusine Gevorkyan bildirib.

Onun sözlərinə görə, may ayından etibarən “AirBaltic” aviaşirkəti isə İrəvandan Riqaya və əks istiqamətdə reyslər həyata keçirməyə başlayacaq:

“Həmçinin, iyun ayından etibarən İrəvan–London–İrəvan marşrutu üzrə birbaşa reyslər də açılacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki