İşdən azad olunmaq xəbəri YALAN ÇIXDI

Yerli mediada Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, sabiq deputat Aidə Cəlilzadə tutduğu vəzifədən azad edilməsi barədə məlumat yayılıb.

Referans Media xəbər verir ki, yayılan xəbərlə bağlı Oxu24.com-a açıqlama verən  Aidə Cəlilzadə xəbərin yalan olduğunu və hazırda vəzifəsini davam etdirdiyini bildirib.


Qeyd edək ki, Cəlilzadə uzun illər Naxçıvanda müxtəlif vəzifələrdə çalışır. O, Ali Sovetin deputatı olub və daha sonra NDU-da prorektor vəzifəsinə təyin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki