Klub prezidenti güllələnərək öldürüldü

Bolqarıstanın “Botev Plovdiv” futbol klubunun prezidenti, biznesmen İliyan Filipov öldürülüb.


Referans Media  xəbər verir ki, bu barədə Bolqarıstanın “NOVA” telekanalı məlumat yayıb.


Bildirilib ki, hadisə sentyabrın 30-na keçən gecə Plovdivdə baş verib. Hadisə yerinə gələn polis əməkdaşları onun öldüyünü müəyyən ediblər.


İlkin məlumata əsasən, Filipov odlu silahdan açılan atəş nəticəsində öldürülüb./Axar.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki