ABŞ-ın Tennessi ştatında ölüm cəzasına məhkum edilmiş Krista Paykın edamının bu gün həyata keçirilməsi planlaşdırılır.
Referans Media Globalinfo.az-a istinadən xəbər verir ki, 50 yaşlı Payk 1995-ci ildə 18 yaşında olarkən 19 yaşlı Kollin Slemmerin qətlinə görə ölüm cəzasına məhkum edilib. O, həmin vaxt sevgilisi Tadaril Şiplə birlikdə Slemmerin ölümündə təqsirli bilinib.
Payk Tennessi ştatında hazırda ölüm cəzası gözləyən yeganə qadındır. Edam baş tutarsa, o, ştatda 200 ildən çox müddətdə edam edilən ilk qadın olacaq. Eyni zamanda, müasir dövrdə Tennessi ştatında törətdiyi cinayət zamanı 18 yaşında olan şəxs kimi edam edilən ilk insan olacaq.
Paykın vəkilləri onun əfv olunması üçün müraciət edib. Müdafiə tərəfi onun uşaqlıq dövründə ağır travmalar və zorakılıq yaşadığını, həmçinin psixi sağlamlığı ilə bağlı problemlərinin olduğunu bildirərək ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəzlənməsini istəyib. Lakin Tennessi qubernatoru Bill Li sentyabrın 28-də əfv müraciətini rədd edib.
ABŞ Ali Məhkəməsinə təqdim olunan sənəddə onun edamının yerli vaxtla 30 sentyabr saat 10:00-a təyin edildiyi göstərilir.
Paykın edamının baş tutması halında hadisə Tennessi ştatında qadınlara qarşı ölüm hökmünün tətbiqi baxımından tarixi hadisə olacaq.
Qeyd edək ki, Krista Payk cinayəti törədərkən 18 yaşında olub. İstintaq materiallarına görə, o, həmin vaxt 17 yaşlı sevgilisi ilə birlikdə 19 yaşlı Kollin Slemmerin qətlində təqsirli bilinib. Hadisənin xüsusilə amansızlıqla törədilməsi, cinayət iştirakçılarının gənc yaşda olması və qurbanın bədənində simvolun cızılması geniş ictimai rezonans doğurub.
Fotoda: ilgəncə ilə öldürülən Kollin Slemmer
Fotoda: Krista Payk 1996-cı ildə məhkum edildikdən sonra ağlayır:
Fotoda: Krista Paykın sevgilisi Tadaril Şip
