ABŞ prezidenti Donald Tramp süni intellekt ifadəsi əvəzinə “super zəka” (SI) terminindən istifadə etməyi təklif edib.
Referans Media xəbər verir ki, Tramp “süni intellekt” ifadəsindəki “süni” sözünün texnologiyanın mahiyyətini tam əks etdirmədiyini bildirib.
Onun sözlərinə görə, ABŞ süni intellekt sahəsində əhəmiyyətli üstünlüyünü qoruyub saxlamalı və bu texnologiyanı digər ölkələrlə paylaşmamalıdır.
Trampın təklif etdiyi “super zəka” (SI) ifadəsinin gələcəkdə süni intellekt texnologiyalarının adlandırılmasında istifadə olunub-olunmayacağı isə hələ məlum deyil.
