Azərbaycan Biznesinin İnkişafı Fondunda yeni təyinat olub.
Müvafiq əmrlə Yusif Nəcəfov İnvestisiya risklərinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Referans Media bildirir ki, o, yeni təyinatadək həmin şöbədə aparıcı mütəxəssis vəzifəsində çalışıb. Y.Nəcəfov 2020-2025-ci illərdə isə Azərbaycan İnvestisiya Şirkətində fəaliyyət göstərib./İqtisadiyyat.az/
