Milli Məclisin payız sessiyasında ilk plenar iclası başlayıb.
Referans Media xəbər verir ki, spiker Sahibə Qafarova sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
MM sədri payız sessiyasının başlaması münasibətilə deputatları təbrik edib.
Qeyd edək ki, iclasda 16 məsələ müzakirə olunacaq.
