İsi Mustafayev onun vəzifəsini artırdı

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Marja ticarəti şöbəsinə rəhbər təyin edilib.

Referans Media xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə Hafiz Nəzərəliyevə həvalə edilib.

Qeyd edək ki, H.Nəzərəliyev 2023-cü ildən “Paşa Kapital”da çalışır. O, bu illər ərzində şirkətdə baş müxəssis və ekspert vəzifələrində işləyib. Bundan öncə isə, “Unicapital İnvestisiya Şirkəti” ASC-də satış komandasının rəhbəri olub. 

Məlumat üçün deyək ki, “Paşa Kapital”ın Baş icraçı direktoru İsi Mustafayevdir. O, bu vəzifəyə cari ilin iyun ayında təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki