Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı vacib AÇIQLAMA

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistan saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayevi hələ ziyarət etməyib.

Referans Media xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı Nümayəndəliyinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.

“Bizim bu məsələ ilə  məşğul olmaq üçün mandatımız var. Hazırda ziyarət olmayıb. Bu məsələ ilə bağlı Ermənistan hakimiyyəti ilə danışıqlar aparırıq”, – deyə Z.Amatuni bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki