"Fənərbaxça" yeni mövsüm üçün heyət planlamasını davam etdirərkən, transfer bazarında diqqətçəkən bir addım atıb.
Referans Media xəbər verir ki, sarı-lacivərtli klub baş məşqçisi İsmail Kartalın xüsusi olaraq istədiyi "Korintians" komandasının futbolçusu Andre üçün hərəkətə keçib.
Məlumata görə, tərəflər arasında keçirilən ilk görüş müsbət nəticələnib və böyük ölçüdə razılıq əldə olunub. Gənc futbolçunun İsmail Kartalın oyun planında mühüm rol oynayacağı nəzərdə tutulur.
Transfer prosesində əsas mərhələnin klublararası danışıqlar olduğu bildirilir. "Fənərbaxça" rəhbərliyi son detalları da həll edərək transferi rəsmiləşdirməyə çalışır.
20 yaşlı Andre ötən mövsüm 29 matçda forma geyinib, 2073 dəqiqə meydanda olub və 5 qol töhfəsi verib.
