"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır

Futbol üzrə “Qarabağ” komandası “Ferentsvaroş”un müdafiəçisi Cebrail Makreçkis ilə yaxından maraqlanır.

Referans Media  oxu.az-a istinadən xəbər verir ki, 26 yaşlı oyunçu Ağdam təmsilçisi ilə müqavilə imzalaya bilər.

 
Bildirilir ki, “Qarabağ” Makreşkisi kifayət qədər böyük transfer məbləği qarşılığında heyətinə qatmağa yaxındır.

Sağ cinah müdafiəçisi 2023-cü ilin yayından “Ferentsvaroş”da top qovur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki