4 il ərzində tamamilə dəyişdi: Arda Turanın yeni imici sosial medianı qarışdırdı

Türkiyə millisinin və Avropa futbolunun tanınmış simalarından olan Arda Turan bu dəfə idman uğurları ilə deyil, görünüşündəki dəyişikliklə gündəmə gəlib.

Referans Media xəbər verir ki, hazırda Ukraynanın "Şaxtyor Donetsk" klubunun baş məşqçisi kimi fəaliyyət göstərən Arda Turanın təxminən dörd il əvvəl və bu gün çəkilmiş fotoları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Paylaşılan görüntülərdə onun xüsusilə saç düzümü, ağarmağa başlayan saqqalı və üz cizgilərindəki dəyişiklik istifadəçilərin diqqətini çəkib. Bir çox sosial media istifadəçisi məşqçi kimi keçirdiyi gərgin dövrün onun görünüşünə təsir etdiyini bildirib.

Arda Turan məşqçilik karyerasına "Eyüpspor" klubunda başlayıb və komandanı Türkiyə Super Liqasına yüksəltməklə adından söz etdirib. Daha sonra, 2025-ci ilin yayında "Şaxtyor Donetsk" klubunun baş məşqçisi təyin olunub.

O, ilk mövsümündə Ukrayna klubunu çempion edərək Avropada bir komandanı ölkə çempionluğuna daşıyan ilk türk baş məşqçi kimi tarixə düşüb.

Meydandakı uğurları ilə yanaşı, Arda Turanın yeni imici də sosial şəbəkələrdə geniş rezonans doğurub və minlərlə şərh toplayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki