"Neftçi" Sloveniyadakı ilk yoxlama oyununda məğlub oldu

Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün ilk yoxlama matçını keçirib.

Referans Media xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın "ÇFR Kluj" komandası ilə üz-üzə gəlib.

Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Yuri Vernidubun baş məşqçi olduğu komanda iyulun 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki Niş" (Serbiya), 13-də isə "Osiyek" (Xorvatiya) klubları ilə qüvvəsini sınayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki