"Sabah" - TNS oyununa 3000 bilet satılıb

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Sabah" - TNS oyununa indiyədək 3000 bilet satılıb.

Referans Media xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.

Xatırladaq ki, iyulun 7-də "Bank Respublika Arena"da təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki