FİFA Xorvatiyanın sayılmayan qolu ilə bağlı bəyanat yaydı: Topun içindəki sensor...

FİFA Xorvatiya millisinin 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya ilə oyunda (1:2) vurduğu qolun hesaba alınmamasını izah edib.

90+14-cü dəqiqədə Yoşko Qvardiol hesabı 2-2 etdi. Lakin hakimlər VAR-ı nəzərdən keçirdikdən sonra xorvatiyalı oyunçunun qolunu ofsayd hesab etdilər.

Referans Media xəbər verir ki, FİFA topun içindəki sensordan alınan məlumata istinad edib:

“Topa yerləşdirilmiş “Connected Ball” texnologiyasının verdiyi məlumatlara əsasən, Xorvatiyanın 20 nömrəli hücumçusu İqor Matanoviçin qoldan əvvəl topa toxunduğu və bu da hakimin ofsaydı düzgün şəkildə müəyyən etməsinə şərait yaradıb”.

FİFA-nın açıqlamasında deyilir ki, topun içərisinə yerləşdirilmiş sensorlar hətta ən kiçik toxunuşu belə aşkarlaya bilir və rəsmilərə sürətli və dəqiq qərarlar qəbul etmək üçün məlumat verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki