İsrail BMT-nin Fələstinlə bağlı qətnaməsini rədd etdi

  İsrail BMT Baş Assambleyasının Fələstin məsələsinə dair qətnaməsini rədd edib.

Referans xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində məlumat paylaşılıb.

“Qətnamə sülh yolu ilə nizamlanmaya kömək etmir, əksinə, HƏMAS-ı hərbi əməliyyatları davam etdirməyə təşviq edir”, – bəyanatda bildirilib.

Dəstəklənən qətnamədəki onlarla bənddə HƏMAS-ın terror təşkilatı olması ilə bağlı heç bir qeydin olmadığı vurğulanıb.

Qeyd edək ki, BMT Baş Assambleyası böyük səs çoxluğu ilə İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllinə dair addımları əks etdirən bəyannaməni təsdiqləyib. Bəyannamənin lehinə 142 ölkə, əleyhinə 10 ölkə səs verib, 12 ölkə bitərəf qalıb. Sənəddə İsrailin Qəzza zolağındakı hərəkətləri və HƏMAS-ın 7 oktyabr 2023-cü ildə həyata keçirdiyi hücumlar pislənib.//Publika.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki