İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz backend

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz 

  “İsrail və İran arasında hərbi qarşıdurma danışıqlarla yekunlaşacaq”.

Bunu Ankara Qlobal Məsləhət Qrupunun rəhbəri Hüseyn Bağcı deyib.

“İsrail ABŞ-ın yanında olacağını düşünərək münaqişəyə başladı. Amma düşünürəm ki, bu, dağıdıcı müharibəyə səbəb olmayacaq. Hücumlar bir müddət davam edəcək və raket zərbələri ilə məhdudlaşacaq. Bundan sonra diplomatik danışıqlar başlayacaq”, – o bildirib.

H.Bağcının sözlərinə görə, İran nüvə silahı yaratmaqdan əl çəkməyəcək:

“Nüvə silahı çəkindirmə vasitəsi kimi lazımdır. İran üçün bu, şərəf məsələsidir. Həmçinin hazırkı rejim hələ də güclüdür. İnanmıram ki, raket zərbələri onu yıxsın”.//Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki