“İsrail ordusu cənubi Livanı təkbaşına tərk etməsə, 2000-ci il hadisələrini yenidən yaşayacaq”.
Referans Media xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri İsmayıl Qaani deyib.
“Həmin il siz o torpağı rüsvayçılıqla tərk etdiniz. Bu gün isə təcavüzə və işğala davam etsəniz, məğlubiyyətlə qovulacaqsınız. Seçim sizindir”, – deyə o bildirib.
Qeyd edilib ki, İ.Qaani “2000-ci ilin möhtəşəm hekayəsi” deyərkən İsrail qoşunlarının cənubi Livandan məcburi şəkildə çıxarılmasını nəzərdə tutur.
