Xameneinin son vəsiyyəti yerinə yetiriləcək

İranın sabiq Ali rəhbəri Əli Xamenei ilə vida mərasimi keçiriləcək.

Referans Media  xəbər verir ki, bu barədə dəfn mərasiminin təşkili üzrə məsul qurumun sözçüsü İman Əttarzadə məlumat yayıb.

O bildirib ki, vida mərasimi iyulun 4-də Tehrandakı Mosalla kompleksində başlayacaq, cənazə isə iyulun 8-də İraqa yola salınacaq.

Vida mərasim həmçinin Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək.

Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə dəfn ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki