“İtaliya A Seriyasında payız-qış mövsümündə istifadə olunan narıncı topdan imtina ediləcək”.
Referans Media oxu.az-a istinadən xəbər verir ki, bu sözləri A Seriyasının prezidenti Etsio Simonelli deyib.
“Bu mövzu ilə bağlı çoxlu əsaslandırılmış şikayətlər aldıq. Elə tamaşaçılar var ki, daltonizm (gözün bəzi rəngləri seçə bilməməsi – red.) səbəbindən bu topu görə bilmirlər. Buna görə də biz sarı və ağ toplara qayıdırıq”, – deyə o bildirib.























