image-kadi-bbackend

Kadiyə 2 oyunluq CƏZA – “Qarabağ” cərimə OLUNDU

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 20-ci turunda keçirilən “İmişli” – “Qarabağ” oyunu ilə bağlı qərarlarını açıqlayıb.

Referans Media  xəbər verir ki, matçın 83-cü dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Dioqo Almeyda 1 oyunluq cəzalanıb, klubu 2500 manat cərimələnib.

Görüşdən əvvəl, fasilədə və matç bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması meydan sahiblərini daha 2500 manat ziyana salıb.

72-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Kadi Borqes ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 matçlıq diskvalifikasiya olunub, ağdamlılar 1000 manat cəriməyə məruz qalıb.

Qarşılaşmanın 90+5-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə, klub 6000 manat cərimə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki