Kaya Kallasın səfəri hansı SİYASİ SİRLƏRİ DAŞIYIR? – Nələr müzakirə edildi?backend

Kaya Kallasın səfəri hansı SİYASİ SİRLƏRİ DAŞIYIR? – Nələr müzakirə edildi?

Avropa
İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi,
Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas İrəvana səfər edib. Belə ki,
sözügedən səfər bu gün yekunlaşıb.

 

Bu səfərin
məqsədi nə idi? Səfər çərçivəsində nələr müzakirə oluna bilər?

 

Mövzu ilə bağlı sualları politoloq
Turan Rzayev Referans
-a açıqlamasında cavablandırıb.

 

“Kaja
Kallasın İrəvana etdiyi səfər, ilk növbədə Avropa İttifaqının (Aİ) Ermənistanla
münasibətlərini daha da dərinləşdirmək məqsədini daşıyır. Bu səfər, xüsusilə
Ermənistanın daxili siyasi gərginlikləri, o cümlədən Baş nazir Nikol Paşinyan
ilə Kilsə rəhbərliyi arasındakı qarşıdurmalar fonunda həyata keçirilir. Bu mənada
Kallas, vəziyyəti yerində görmək istəmiş ola bilər. Kallas,
Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi və regional sabitliyin qorunması
istiqamətində Aİ-nin maraqlarını ifadə edib. Lakin Ermənistanda daxili
qarşıdurmaların artması regional sülhə təsir edir. Həm də bu ölkənin daxili
sabitliyin pozulması Rusiyanın yenidən Ermənistanda aktivləşməsi riskini
yaradır ki, Aİ bunu istəmir”.

 

Politoloq
qeyd edib ki, Azərbaycan, Ermənistanın daxili siyasi gərginliklərinin regional
sülhə təsir etməməsini istəmir. Aİ Azərbaycanla Ermənistan arasında mövcud olan
sülh prosesini dəstəkləyir və bu, Azərbaycanın maraqları ilə uyğun gəlir. Lakin
Aİ görünür narahatdır və buna görə də belə bir səfərə ehtiyac duyulub.

 

Fidan
Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki