Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – Foto

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb. Gecə saatlarında başlayan qar şəhəri ağ örpəyə bürüyüb.

Referans Media xəbər verir ki, noyabrın 8-dən 9-na keçən gecə yağan qarın hündürlüyü 10 santimetri ötüb.

Səhər yuxudan oyanan sakinlər şəhərin ağappaq mənzərəsi ilə qarşılaşıblar. Qışın ilk nəfəsi dağlarla əhatə olunmuş Kəlbəcərə xüsusi gözəllik qatıb.

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – Foto - foto 1
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – Foto - foto 2
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – Foto - foto 3
Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – Foto - foto 4
Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki