“Kəpəz” gürcüstanlı futbolçu transfer etdibackend

“Kəpəz” gürcüstanlı futbolçu transfer etdi

  Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” klubu daha bir futbolçu ilə güclənib.

Referans Gəncə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Otar Aptsiauri ilə 1 illik müqavilə bağlanılıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən 23 yaşlı oyunçu karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. Onun son klubu vətənində “Dinamo Tbilisi” olub.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki