Kiyevdə hava həyəcanı: Lyayen sığınacağa endi

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kiyevə səfəri zamanı hava həyəcanı səbəbindən mətbuatla görüşünü yarımçıq qoyaraq sığınacağa enmək məcburiyyətində qalıb.

Referans Media xəbər verir ki, bu barədə "Euractiv" nəşri məlumat yayıb.

Bildirilib ki, Kiyev və Ukraynanın daha 10 vilayətində hava həyəcanı elan edildikdən sonra fon der Lyayen və onu müşayiət edən jurnalistlər yeraltı sığınacağa təxliyə ediliblər.

Qeyd edək ki, Avropa Komissiyasının sədri iyulun 15-də Kiyevə səfər edib. O, burada Avropa İttifaqı ilə Ukrayna arasında pilotsuz uçuş aparatlarının istehsalının artırılmasına dair sazişin imzalandığını açıqlayıb. Bundan əlavə, Aİ-nin Ukraynaya müdafiə və dron texnologiyalarının inkişafı üçün ayrılmış vəsaitdən ilk 4 milyard avronu köçürdüyünü və Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzərində işin davam etdiyini bildirib./Publika.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki