Beyləqandan acı xəbər gəldi

Beyləqan rayonunda kanalda batma hadisəsi baş verib.

Referans Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun "Görüş" adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə barədə aidiyyəti qurumlara məlumat verilib. İlkin məlumata görə, kanalda batan şəxsin qadın olduğu bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki