Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb

Kolumbiyada baş verən zəlzələ nəticəsində azı 294 nəfər həlak olub, 320 nəfər isə itkin düşüb.

Referans Media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"X"də dərc olunmuş açıqlamada deyilir ki, 294 nəfər həlak olub, 3935 nəfər yaralanıb, 320 nəfər itkin düşmüş hesab olunur və 353 nəfər xilas edilib. Hökumətin son qiymətləndirməsi göstərir ki, zəlzələ 14.493 evi dağıdıb və 81.506 binaya ziyan vurub.

Daha əvvəl 285 qurbanın olduğu bildirilirdi.

Avqustun 10-da Kolumbiyanın qərbindəki Çoko departamentinin San José del Palmar şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ baş verib./Teleqraf 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki