Köçəryan 44 günlük müharibəyə az qalmış nə deyib?

   “Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi Madrid prinsiplərinin modifikasiya olunmuş variantlarının qəbul edilməsi ilə başa çata bilərdi”.

Referans.az  xəbər verir ki, bu fikirləri Ermənistanın ikinci prezidenti Robert Köçaryan TV5-ə müsahibəsində deyib.

“Nikol Paşinyan 2019-cu ildə danışıqlar prosesinə daxil olsaydı, çox böyük ehtimalla, hər şey həmin sənədin imzalanması ilə başa çatardı”, — Köçəryan bildirib.

 Lakin Çİ nəşri vurğulayır ki, bu, Robertin keçmiş mövqeyi ilə ziddiyyət təşkil edir. Belə ki, 2020-ci ilin 10 sentyabrında gənclərlə görüşdə Köçəryan bunları demişdi:

“Yaxın zamanda Ermənistan–Azərbaycan münaqişəsinin həlli üçün heç bir variant görmürəm. Biz mövcud faktları nəzərə almadan irəliləyə bilmərik”.  globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki