Kürdəmirdə iki maşın aşdı: xəsarət alanlar var

Kürdəmirdə iki yol qəzası olub, xəsarət alanlar var.

Referans Media APA-ya istinadla xəbər verir ki, Atakişli kənd sakini, 2003-cü il təvəllüdlü Əsgərov Eynulla Sabir oğlunun idarə etdiyi “Ravon” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Həmçinin rayonun Sovka kənd sakini, 2002-ci il təvəllüdlü Ağayev Toğrul Əskər oğlunun idarə etdiyi “Vaz- 21015” markalı avtomobil aşıb.

Nəticədə, hər iki sürücü müxtəlif xəsarətlər alıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki