Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Mollalı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki VAZ-2107 və bir VAZ-2106 markalı avtomobil toqquşub. Nəticədə iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
